Ermənistanın hakim partiyası Mirzoyandan niyə narazıdır?

Ermənistanın hakim partiyası xarici işlər naziri Ararat Mirzoyandan dərin məyusdur, halbuki komandada bəziləri Paşinyanın varisi olaraq onu görürdülər...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşr yazır ki, Ararat Mirzoyanın atdığı bir çox addımlar hakim komanda üzvlərini məyus edib. Məlumatlara görə, Ararat Mirzoyan bütün addımlarını Paşinyanla razılaşdırır, hətta dar dairədə fikir ayrılığını gizlətmir və bir çox mübahisəli məsələrdə ona müqavimət göstərməyə belə cəhd etmir. Mənbələr bildiriblər ki, Mirzoyan Ermənistanın Azərbaycanın tələbi ilə Konstitusiyanı dəyişdirməsinə, Müstəqillik Bəyannaməsinə istinadı aradan qaldırılmasına qarşı olsa da, öz etirazını dilə gətirmir

Qəzet qeyd edir ki, bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında Ararat Mirzoyan Konstitusiyanın sülh prosesinin dayanmasına səbəb olub-olmaması ilə bağlı suala cavab verərkən konstitutsiyanın Azərbaycanın tələbi ilə dəyişdirildiyini rədd edib. Lakin daxili müzakirələrdə o, “lider”in əleyhinə danışmaqdan qorxur, susur.

“Hraparak yazır ki, yaxın günlərdə “Mülki müqavilə” fraksiyası qapalı iclas formatında xarici işlər nazirindən brifinq alacaq.

Poliqon.info