ABŞ Avstraliyaya sualtı qayıqların satışı ilə bağlı sövdələşmələri pozmaqda ittiham edilir

ABŞ AUKUS hərbi-siyasi alyansı (Avstraliya, Böyük Britaniya və ABŞ) çərçivəsində Avstraliyaya sualtı qayıqların satışı ilə bağlı sövdələşməni pozmaqda şübhəli bilinir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

ABŞ-ın hazırkı administrasiyası özünün son müdafiə büdcəsində yeni gəmilər üçün sifarişləri azaltdığı üçün 2025-ci ildə gözlənilən iki sualtıdan yalnız bir Virciniya sinifli sualtı istehsal edəcək və bu, AUKUS təhlükəsizlik tərəfdaşlığı çərçivəsində 2032-ci ildən başlayaraq, Avstraliyaya beş nüvə gəmisi satmaq öhdəliyini yerinə yetirmək qabiliyyəti ilə bağlı suallar doğurur.

Avstraliyanın keçmiş baş naziri Malkolm Turnbull bildirib ki, Vaşinqton müdafiə ehtiyacları hesabına hərəkət etməyəcək və öz sualtı qayıq çatışmazlığını daha da pisləşdirəcək. Bununla belə, Avstraliya Müdafiə Nazirliyinin sözçüsü Riçard Marles sövdələşmənin tərəfdaşlarının son tarixlərə qədər işlədiyini bildirib.

Poliqon.info