Der Spiegel: Ukrayna ordusunun uzun müddət davam gətirməyəcək...

Ukrayna komandirləri Ukrayna ordusunun uzun müddət davam gətirməyəcəyini bildiriblər...

Poliqon xəbər verir kiƏ Almaniyanın Der Spiegel nəşru cəbhənin müxtəlif sektorlarında vəziyyətin necə olduğunu öyrənmək üçün ukraynalı zabitlərlə danışıb. Onların əksəriyyəti kifayət qədər təchizat olmadığına görə demək olar ki, bütün bölmələrin döyüş sursatına qənaət etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

“Bəzi qoşunlar hazırda öz mövqelərini saxlaya bilirlər, ancaq Rusiya tərəfi tam qüvvə ilə hücuma keçənə qədər. Hücumlar güclənərsə, o zaman kəskin kadr, silah və sursat çatışmazlığı səbəbindən rusları uzun müddət dayandırmaq mümkün olmayacaq. Bu halda, Ukrayna bölmələri geri çəkilməli olacaq, lakin geri çəkilmək üçün mövqelər də zəif təşkil edilib”, deyə jurnal yazır.

“Ukrayna aktiv müdafiə strategiyasına əməl etməyə çalışır, lakin əks-hücum etmək əvəzinə getdikcə daha yüksək keyfiyyətli Qərb texnikasını itirir. Tezliklə bir çox bölmənin sursatları tükənəcək. Biz belə uzun müddət dayana bilməyəcəyik”, deyə Uqledar yaxınlığındakı Ukrayna artilleriyasının komandiri bildirib.

Poliqon.info