Azərbaycan fevralda OPEC kvotasını 86% istifadə edib

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub...

Poliqon-nun Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 476 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 86,39 % istifadə edib.

 Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Poliqon.info