Şarl de Qollun oğlu Filip 102 yaşında ölüb

Ötən gücə keçən gecə Fransanın tarixi lideri, general Şarl de Qollun böyük oğlu, admiral Filip de Qoll 102 yaşında vəfat edib...

Poliqon xəbər verir ki, bu barədə France 24 telekanalı mərhumun ailəsinə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki, Filipp de Qoll Parisdə Milli Əlillər İnstitutunda dünyasını dəyişib. Onun son illərdə orada yaşadığı qeyd edilir.

Keçmiş senator İv de Qollun oğlu bildirib ki, Filip de Qoll çərşənbə günü gecə son ikidə qaldığı Əlillər Evində ölüb.

Filip de Qoll 1921-ci ildə Parisdə Şarl de Qollun böyük oğlu olaraq anadan olub. O, bütün həyatını hərbi və siyasi karyeraya həsr edib.

Poliqon.info