Ərdoğan: Ermənistanla Azərbaycan arasında sülh Türkiyə üçün vacibdir...

Türkiyə prezidenti xarici ölkələrin səfirləri ilə görüşündə Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasının vacibliyinə toxunub...

Poliqon TRT telekanalına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Qafqazda sabitliyin qorunmasının Türkiyə üçün prioritet olduğunu bildirib. Türkiyə lideri vurğulayıb ki, Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ilə regionda yeni dövrün başlanmasını istəyir.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın ədalətli sülh çağırışları bir qayda olaraq Ermənistan tərəfindən eşidilmir. Buna rəğmən İrəvan Qərbdəki hamilıərini dəstəyi ilə öz sülh planını reallaşdırmağa çalışır ki, bu da regionda sülhün əldə olunmasında əsas əngələ çevrilib.

Poliqon.info