Aİ Rusiya aktivlərindən əldə edilən gəlirləri müsadirə edə bilməyəcək

Avropa İttifaqı Rusiyanın 5,2 milyard avro dəyərində aktivlərindən əldə etdiyi gəliri silahlı münaqişə bitənə qədər Ukraynaya köçürə bilməyəcək...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyinə məlumat yayıb.

Avropa Birliyində yüksək vəzifəli məmurun sözlərinə görə, müharibə başlayandan 2023-cü ilin fevralına qədər Rusiya aktivlərindən əldə edilən gəlir 5,2 milyard avro təşkil edib. Avropa İttifaqı bu vəsaitlərin hüquqi statusunu yalnız fevralın 12-də aydınlaşdırmaq qərarına gəldiyindən, o vaxta qədər toplanmış gəlirlər münaqişənin yekun həllinə qədər Ukraynaya köçürülməyəcək, çünki bu vəsaiti geriyə sənədləşdirmək çox çətin olacaq.

Qeyd edək ki, daha əvvəl Financial Times nəşri Avropa rəsmilərinə istinadən yazmışdı ki, Aİ rəhbərliyi 2024-cü ilin iyuluna qədər Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən 2-3 milyard avro dəyərində vəsait köçürməyi israr edir.

Poliqon.info