Tramp Kapitoliyə hücum edən tərəfdarlarına azadlıq vəd edib...

Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Kapitoliyə hücum edənləri azad edəcəyinə söz verib...

Poliqon xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində qarşıdan gələn prezident seçkilərində qalib gələcəyi təqdirdə Kapitoliyə hücumun iştirakçılarını azad etmək niyyətində olduğunu bildirib.

“Növbəti prezident kimi mənim ilk hərəkətlərim sərhədi bağlamaq və qanunsuz həbsdə olan girovlar azad etmək olacaq”, deyə Tramp özünə məxsus sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Tramp dəfələrlə Kapitoliyə hücum edənlərə rəğbətini ifadə edib.

Xatırladaq ki, 2021-ci il yanvarın 6-da Trampın tərəfdarları Konqres binasına hücum edərək hüquq-mühafizə orqanları ilə şiddətli toqquşublar. Onlar 2020-ci il seçkilərinin nəticələrinə etiraz etmək üçün Kapitoliyə basqın ediblər.

Poliqon.info