Putin: Rusiyada doğum səviyyəsinin artırılması vacibdir...

Rusiya prezidenti Vladimir Putin doğum səviyyəsinin və gözlənilən ömür uzunluğunun artırılmasının zəruriliyini ortaya qoyub...
“Ölkə əhalisinin sayını doğum səviyyəsini artırmaq və gözlənilən ömür müddətini artırmaqla sabitləşdirmək olar”.

Poliqon xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalı və “RİA Novosti” Agentliyinə müsahibəsində deyib.

Rusiya liderinin sözlərinə görə, artan doğum səviyyəsi və gözlənilən ömür uzunluğu hakimiyyət orqanlarının uğurlu işinin əsas göstəricisidir.

“Bu, bütün inzibati səviyyələrdən və səlahiyyətlilərdən əlavə diqqət tələb edən işdir”, deyə Vladimir Putin vurğulayıb.

Rusiya dövlət başçısı xatırladıb ki, 2024-cü il Rusiyada “Ailə ili” elan edilib. Prezident qeyd edib ki, “Ailə” adlı yeni milli layihəyə də start verilir.

Həmçinin Rusiya prezidenti qeyd edib ki, doğum səviyyəsinin Rusiyadakı orta göstəricidən aşağı olduğu bölgələrə 2030-cu ilin sonuna qədər ən azı 75 milyard rubl məbləğində yardım göstəriləcəyi planlaşdırılır.

Poliqon.info