Ryazan vilayətində neft emalı zavodu dron hücumundan sonra yanır...

Rusiya regionunda neft emalı zavodunda pilotsuz təyyarənin qəzaya uğraması nəticəsində yanğın baş verib...

Poliqon xəbər verir ki. bu barədə TASS Agentliyin əməliyyat xidmətlərindəki mənbə bildirib.

“Yanğının ehtimal olunan səbəbi pilotsuz uçan aparatın düşməsidir” deyən Agentliyin həmsöhbəti yanğında tələfat barədə məlumatın olmadığını bildirib.

“112” Telegram kanalının mənbəyə istinadən verdiyi məlumata görə, dron neft məhsullarının ilkin emalı zavodunu vurub. İlkin məlumata görə, iki nəfər xəsarət alıb. Hələlik yanğınla bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bir gün əvvəl, martın 12-də Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat Oryollda neft anbarına hücum edib. Oryol şəhərinin meri Yuri Paraxinin bildirib ki, pilotsuz təyyarənin hücumu səbəbindən hücum yerinin yaxınlığındakı hündürmərtəbəli binalardan 17 nəfər təxliyə edilib.

Eyni zamanda Ukrayna dronlarının hücumu nəticəsində Nijni Novqorod vilayətində də sənaye zonasında yanğına başlayıb.

Poliqon.info