Çempionlar Liqası: 1/8 final mərhələsinə bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq...

“Report”un məlumatına görə, bu gün mərhələnin son iki cavab oyunu keçiriləcək.

İtaliya A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olacaq. İlk görüşdə 1:0 hesablı qələbə qazanan milanlılar bu üstünlüyü səfərdə qorumağa çalışacaqlar.

Digər cütdə Almaniya “Borussiya”sı Dortmundda Niderland təmsilçisi PSV-ni qəbul edəcək.

Qeyd edək ki, buna qədər “Real”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Arsenal” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya) və PSJ (Fransa) 1/4 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası1/8 final mərhələsi, cavab oyunları13 mart

00:00. “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)Baş hakim: Şimon Marçinyak (Polşa).Madrid, “Metropolitano” stadionuİlk oyun - 0:1.

00:00. “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland)Baş hakim: Daniele Orsato (İtaliya).Dortmund, “Siqnal İduna Park” stadionuİlk oyun - 1:1.

Poliqon.info