Putin: Ukrayna seçkilərə müdaxilə etmək üçün Rusiyanın regionlarına hücum etməyə çalışır...

Ukraynanın pilotsuz təyyarələrinin Rusiya regionlarına hücumunun əsas məqsədi prezident seçkilərini pozmaq və ya onların keçirilməsinə mane olmaqdır...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” Agentliyinə və jurnalist Dmitri Kiselevlə müsahibəsində bildirib.

Putinin sözlərinə görə, Rusiya ərazisində pilotsuz təyyarələrə hücumlar Ukraynanın təmas xəttindəki uğursuzluqları fonunda baş verir.

“Bununla belə, buna heç bir şübhəm yoxdur ki, əsas məqsəd Rusiyada prezident seçkilərini pozmaq, heç olmasa vətəndaşların iradəsini ifadə etmək prosesinə hansısa formada müdaxilə etməkdir”, deyə Putin bildirib.

Qeyd edək ki, martın 12-də gecə və səhər saatlarında Rusiya regionları Ukraynanın pilotsuz uçuş aparatları və raketlərinin kütləvi hücumuna məruz qalıb. Moskva, Leninqrad, Belqorod, Kursk, Bryansk, Tula və Voronej vilayətlərində pilotsuz təyyarələr vurulub. Oryol vilayətində pilotsuz təyyarənin endirilməsindən sonra neft bazasında yanğın baş verib. Nijni Novqorod yaxınlığındakı neft emalı zavodunda növbəti yanğın başlayıb. Hərbi müxbirlər hava hücumu fonunda Ukraynadan Belqorod və Kursk vilayətlərinə təxribat qruplarının keçməyə cəhd etdiklərini yazıblar.

Poliqon.info