Tramp: Baydenin siyasəti ABŞ üçün ciddi problemlər yaradıb...

Co Bayden adminstrasiyasının siyasətləri səbəbiylə ciddi bəlada olan ABŞ digər ölkələr üçün gülüş obyektinə çevirilib...

Poliqon xəbər verir ki, bu fikri çərşənbə axşamı Ağ Evin keçmiş sahibi Donald Tramp deyib.

“Ölkəmiz ciddi problem içindədir, dünya səhnəsində bizə heç kim hörmət etmir”, deyə Tramp özünə məxsus olan “Truth Social” sosial şəbəkəsində yayımladığı videoda bildirib.

“Ölkəmizin tarixində ən pis prezidentə sahibik, onun adı Co Baydendir. Millətimiz tənəzzülə uğrayıb. Heç vaxt belə hal olmayıb ki, bizə hörmətsizlik edilib, az qala gülüş obyekti hesab etsinlər”, deyə eks-prezident qeyd edib.

Eyni zamanda Tramp seçkilərdə qalib gələcəyi təqdirdə vəziyyəti düzəldəcəyinə və ABŞ-ı güclü edəcəyinə də söz verib.

Poliqon.info