Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

Rusiya və Ukrayna arasında danışıqlar “psixotrop dərmanlar” altında əsassız istəklərin təzahürü ilə deyil, ölkələrin gələcək vəziyyətinin real müzakirəsi ilə baş tuta bilər...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Dmitri Kiselevə müsahibəsində deyib.

“Biz psixotrop dərmanlardan istifadə etdikdən sonra hansısa istəklərə əsaslanaraq deyil, yer üzündə, necə deyərlər, belə hallarda yaranmış reallıqlara əsaslanaraq danışıqlara hazırıq”, deyə Rusiya prezideti müsahibəsində bildirib.

Prezident Putin qeyd edib ki, münaqişədə fasilə mümkündür, lakin hərbi təchizat üçün deyil, hər bir rəqibin hərəkət vektorunu müəyyən etmək üçün. Buna ehtiyac var.

“Biz ilk növbədə Rusiyanın təhlükəsizliyində maraqlıyıq. Biz bu konsepsiyadan irəli gedəcəyik”, deyə Rusiya lideri fikrini yekunlaşdırıb.

Poliqon.info