Putin: Rusiya Ukraynadakı ABŞ qoşunlarına işğalçı kimi yanaşacaq

Rusiya Federasiyası Ukrayna ərazisindəki ABŞ qoşunlarını müdaxiləçi işğal ordusu hesab edəcək...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib.

“Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərmək fikrində olmadığını açıqladı. Biz Rusiya ərazisindəki Amerika qoşunlarının nə olduğunu bilirik, onlar müdaxiləçilərdir. Ukrayna ərazisində peyda olsalar belə, biz onlarla işğal qüvvələri kimi davranacağıq. Onlar bunu başa düşürlər”, deyə Rusiya prezidenti bildirib.

Putin qeyd edib ki, Ukraynada xarici qoşunların olması və Kiyevə silah verilməsi döyüş meydanında heç nəyi dəyişməyəcək.

Vladimir Putin həmçinin qeyd edib ki, Polşa qoşunları Ukrayna ərazisinə daxil olsalar, bir daha oradan çıxmayacaqlar. Rusiya prezidenti hesab edir ki, Polşa tarixən özününkü kimi qəbul etdiyi həmin torpaqları qaytarmaq istəməyəcək.

Qeyd edək ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini mümkün hesab edib. ABŞ, Böyük Britaniya, Polşa, İsveç, Almaniya, Slovakiya, Çexiya, Macarıstan və İtaliya Ukraynaya qoşun göndərməkdən imtina ediblər.

Poliqon.info