Bayden prezidentliyə namizəd olmaq üçün kifayət qədər səs qazanıb

ABŞ prezidenti Co Bayden Corciyadakı praymerizlərdə qalib gəldikdən sonra Demokrat Oartiyasından prezidentliyə namizəd olmaq üçün kifayət qədər nümayəndə toplayıb...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

Martın 12-nə olan məlumata görə, ümumilikdə Baydeni 1867 nümayəndə dəstəkləyib. Corciya praymerizinin yekun nəticələri elan edildikdən sonra prezident nümayəndələrinin sayı 1975-ə qədər arta bilər ki, bu da namizədlik üçün tələb olunan 1968 nümayəndə həddini aşır.

Qeyd edək ki, praymerizlərin nəticələrinə əsasən, nümayəndələr partiyanın ümummilli qurultayına göndərilir və bu qurultayda partiyanın vahid prezidentliyə namizədi müəyyən edilir.

Xatırladaq ki, martın 6-da ABŞ-ın BMT-dəki keçmiş səfiri və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizədən imtina etdiyini açıqlayıb. O, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasından sonuncu rəqibi olub.

Poliqon.info