Putin: Rusiya texniki cəhətdən nüvə müharibəsinə hazırdır...

Rusiya Federasiyası hərbi-texniki baxımdan nüvə müharibəsinə hazırdır...

Poliqon xəbər verirki, bunu Rusiya prezidenti Vladimir Putin “RİA Novosti” Agentliyinə müsahibəsində bildirib. Rusiya prezidenti qeyd edib ki, Ukrayna ərazisində hərbi əməliyyatlar zamanı heç vaxt taktiki nüvə silahından istifadəyə ehtiyac olmayıb.

“Hərbi-texniki baxımdan biz, əlbəttə ki, hazırıq. Bizim nüvə qüvvələrimiz daim döyüş hazırlığı vəziyyətindədirlər”, deyə Vladimir Putin bildirib.

Putin bildirib ki, Rusiyanın nüvə triadası digərlərindən daha müasirdir. O qeyd edib ki, Rusiya dövlətinin mövcudluğuna, onun suverenliyinə və müstəqilliyinə xələl gətiriləcəyi təqdirdə nüvə silahından istifadə etməyə hazıdır.

Qeyd edək ki, nüvə triadasına üç komponent daxildir: strateji aviasiya, qitələrarası ballistik raketlər və nüvə raketi daşıyan sualtı qayıqları.

Prezidentin sözlərinə görə, Birləşmiş Ştatlar hazırda nüvə qüvvələrinin müasirliyini artırmaq üçün qarşıya məqsədlər qoyub və onun bütün komponentlərini inkişaf etdirir.

Vladimir Putin ABŞ-ın nüvə silahı sınaqları keçirəcəyi təqdirdə Rusiyanın nüvə silahı sınaqları keçirəcəyini istisna etməyib.

Poliqon.info