Putinin həbsinə order verən hakim Beynəlxalq Cinayət Məhkəməsinin sədri seçilib

Putinin həbsinə order verən hakim Beynəlxalq Cinayət Məhkəməsinin sədri seçilib...

Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verən hakim Tomoko Akane Beynəlxalq Cinayət Məhkəməsinin sədri seçilib.

“Report” xarici Kİ-ə istinadən xəbər verir ki, onun müavinləri Rosario Salvatore və Rein Alapini-Qansu seçiliblər.

T.Akane söyləyib ki, o, Roma Əsasnaməsini ratifikasiya etməmiş dövlətlərlə dialoqun gücləndirilməsinə diqqət yetirəcək.

Qeyd edək ki, T.Akane 2023-cü ildə V.Putinin həbsinə order verib.

Poliqon.info