Rusiya Qızıl Xaç Cəmiyyəti uşaqlar üçün hərbi təlimlərdə iştirak edir

İnsanlığa və neytrallığa sadiqlik mümayiş etdirmək əvəzinə Rusiya Qızıl Xaç Cəmiyyəti humanist qaydaların ziddinə uşaqlara insanları öldürməyi təlqin edir...

İstirahət düşərgəsinin videosuna baxdığınız zaman günəş altında əylənən, idman oynayan, bəlkə də güclərini sınayan uşaqları görəcəyiniz gözləyirsiniz. Yəqin ki, siz uşaqları hərbi kamuflyaj formasında və qara çəkmələrdə dəstə-dəstə yürüşlərini, kitabları odlu silahla dəyişdirdiklərini və ya pulemyotlarla poza verdiklərini görməyinizi gözləmirsiniz. Xüsusilə onlardan bəzilərinin cəmi 8 yaşı varsa...

Poliqon xəbər verir ki, amma Der Spiegel jurnalının və beynəlxalq jurnalist qrupunun əldə etdiyi kadrlar məhz bunu göstərir. Rus uşaq və yeniyetmələri “uşaqların xüsusi təyinatlıları” olmaq üçün “hərbi-vətənpərvərlik tətili” adlanan təlim düşərgələrinə aparılıblar. Spiegel ondan çox belə hadisənin sübutunu tapıb.

“Bu hərbi düşərgələr Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən dəstəklənir. Başqa sözlə, insanlığa və neytrallığa sadiqlik mümayiş etdirmək əvəzinə Rusiya Qızıl Xaç Cəmiyyəti humanist qaydaların ziddinə uşaqlara insanları öldürməyi təlqin edir. Yəni Rusiya Qızıl Xaç Cəmiyyəti gələcək əsgərlərin hazırlanmasına kömək edir və bunla da Kremlin rus uşaqlarını orduya tanıtmaq və “gənclər ordusu” yaratmaq üçün möhtəşəm planının bir hissəsidir”, deyə Spiegel yazır.

Qeyd edək i, fevralın sonunda Spiegel yazıb ki, Vladimir Putin Beynəlxalq Qırmızı Xaç Komitəsini Ukraynadakı “işğal olunmuş ərazilərdən” çıxarmaq və onun yerinə Kremlə sadiq Rusiya Qızıl Xaç Cəmiyyətini yerləşdirmək istəyir. Eyni zamanda, Spiegel sübut edə bilib ki, Rusiya Qızıl Xaç Cəmiyyəti silah şirkətlərini dəstəkləyir və bu humanitar təşkilatın rəhbərliyi də açıq şəkildə “xüsusi hərbi əməliyyatı” dəstəkləyir.

Nəşr qeyd edir ki, bu yeni ifşalar, çox güman ki, Qırmızı Xaç hərəkatı və onun rəhbər orqanlarına təzyiqi artıracaq.

ABŞ Dövlət Departamenti isə iddiaların “son dərəcə narahatedici” olduğunu bildirib. ABŞ-la birlikdə Qırmızı Xaç Cəmiyyətinin əsas donoru olan İsveç Xarici İşlər Nazirliyi isə bu iddialrla bağlı “tam aydınlığa ehtiyac olduğunu” deyib.

Poliqon.info