İtaliya klubunun prezidenti "Barselona" ilə oyuna 10 milyon avro mükafat qoyub

İtaliyanın "Napoli" futbol klubunun prezidenti Aurelio De Laurentis Çempionlar Liqasının 1/8 finalında "Barselona" üzərində qələbəyə görə futbolçularına 10 milyon avro ödəyəcəyini vəd edib...

Poliqon xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Tərəflər arasında İtaliyada baş tutan ilk oyunda 1:1 hesabı qeydə alınıb. "Barselona"nın qoluna 60-cı dəqiqədə Robert Levandovski imza atıb. 75-ci dəqiqədə isə "Napoli"nin hücumçusu Viktor Osimhen bərabərlik qolunu vurub.

"Napoli"nin prezidenti Aurelio De Laurentisin məqsədi komandanın 2025-ci ildə ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməsinı nail olmaqdır. Klublararası dünya çempionatına səfər "Napoli"yə 50 milyon avro qazandıracaq.

"Barselona" - "Napoli" cavab oyunu bu gecə keçiriləcək. Komandalar meydançaya Bakı vaxtı ilə saat 00.00-da çıxacaq. Günün digər oyununda London "Arsenal"ı "Portu"nu qəbul edəcəl.

Poliqon.info