Rusiya əmək miqrantları üçün tələbləri sərtləşdirir

Miqrantların biometrik məlumatlar və işəgötürənin dəvəti olmadan Rusiyaya girişi qadağan ediləcək...

Rusiya əmək miqrantları üçün tələbləri sərtləşdirir. Xüsusilə, onlar ölkəyə yalnız xüsusi mərkəzlərdə təlim keçdikdən sonra daxil ola biləcəklər və bundan sonra biometrik məlumatları təqdim etməli olacaqlar. Üstəlik, digər ölkələrdən işçilərin girişi ciddi şəkildə müəyyən müəssisələrin kvotalarına uyğun olaraq həyata keçiriləcək.

Poliqon xəbər verir ki, bunu Ümumrusiya Tikinti Siyasəti Mərkəzinin (VTsSP) rəhbəri Aleksander Moor bildirib. “360” telekanalı ilə söhbətində Moor kadr çatışmazlığı kontekstində miqrantların işə cəlb edilməsini məcburi tədbir adlandırıb.

Aleksander Moor bildirib ki, əmək miqrantların Rusiyaya gəldiyi ölkələrdə onlara rus dilini və yerli dəyərləri öyrətmək üçün təlim mərkəzləri açılır. Gələcəkdə ekspertin fikrincə, miqrantlar bu barədə heç nə bilməsələr, ölkəyə gələ bilməyəcəklər. Həmçinin, onların gəlişi yalnız müəyyən bir kvota üçün xüsusi müraciətdən sonra mümkün olacaq. Moorun sözlərinə görə, əgər miqrantlar başqa yerdə iş tapmağa çalışsalar, qovulacaqlar.

Poliqon.info