Zelenski: Cəbhədəki vəziyyət son üç ay əvvəlki ilə müqayisədə xeyli yaxşıdır...

Ukrayna hərbçiləri Rusiya ordusunun ölkənin şərqindəki hücumunu dayandıra bilib...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Fransanın BFM televiziya şirkətinə müsahibəsində bildirib.

“Cəbhədəki vəziyyət son üç ayda olduğundan qat-qat yaxşıdır”, deyə Zelenski müsahibəsində vurğulayıb.

Prezident əlavə edib ki, Ukrayna hərbçiləri “artilleriya mərmilərinin çatışmazlığı, səmanı bloklamaq, Rusiyanın uzaqmənzilli silahları və pilotsuz təyyarələrinin yüksək sıxlığı səbəbindən” çətinliklər yaşayırlar.

Bununla belə, Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri kifayət qədər dəstək almasa, vəziyyət “bir aya və ya bir həftəyə” dəyişə bilər.

Qeyd edək ki, Ukraynanın şərqindəki rus qoşunları Donetsk vilayətinin Avdeevka şəhərini ələ keçirdikdən sonra son həftələrdə hücumlarını davam etdirib.

Qərb mətbuatının yazdığına görə, ABŞ Konqresinin Kiyevə yeni hərbi yardım paketini tez bir zamanda təsdiq etmək istəməməsi və Avropa İttifaqı ölkələrinin hərbi yardımla bağlı verdiyi vədləri yerinə yetirə bilməməsi fonunda Ukrayna kəskin sursatın çatışmazlığını yaşayır.

Poliqon.info