Fransanın Moldovadakı müdafiə missiyası bir nəfərdən ibarət olacaq

Fransa Müdafiə Nazirliyinin Kişinyovdakı daimi nümayəndəliyini hərbi attaşelər təmsil edəcək...

Poliqon xəbər verir ki, bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosati bildirib. Nazirin sözlərinə görə, attaşenin namizədliyi artıq təsdiqlənib və attaşe qadın polkovnik-leytenantdır. Xanım Fransanın Rumıniyanın paytaxtı Buxarestdəki səfirliyindən Kişinyova köçəcək.

“Demək istəyirəm ki, hərbi əməkdaşlıqla bağlı bütün tədbirlər bizim hərbçilərimizin xaricdə, Fransa hərbçilərinin isə ölkəmizdə olması ilə bağlı olacaq, lakin bu, bu tədbirlərin müddəti ilə məhdudlaşacaq. Bu mövcudluq Moldova qanunvericiliyini pozmayacaq və onun neytral statusuna zidd olmayacaq”, deyə Nosati PRO TV-yə müsahibəsində bildirib.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron martın 7-də Moldovada ölkəsinin daimi müdafiə missiyası açmağı planlaşdırdığını açıqlayıb. Makron Parisdə Moldova prezidenti Maya Sandu ilə görüşüb. Görüşdə bir sıra hərbi və iqtisadi saziş imzalanıb.

Poliqon.info