Qəzzada aclıqdan ölən fələstinlilərin sayı 27-yə çatıb

Qəzza zolağında xəstəxanalarda aclıqdan ölən fələstinlilərin sayı 27-yə çatıb...

Poliqon xəbər verir ki. bu barədə Al Jazeera telekanalının verdiyi məlumatda bildirilir.

Telekanalın məlumatına görə, Qəzzanın şimalında yerləşən “Kamal Ədvan” xəstəxanasında kəskin susuzluq və qida çatışmazlığından iki uşağın ölümündən sonra aclıqdan ölən fələstinlilərin ümumi sayı 27-yə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağının şimalında sığınacaq və xəstəxanalardakı uşaqların 15%-dən çoxunun kəskin qida çatışmazlığından əziyyət çəkdiyini və onların təxminən 3%-nin ağır qidalanmadan əziyyət çəkdiyini bildirib. ÜST son aylarda qeyd olunan Qəzza əhalisinin qidalanma səviyyəsindəki kəskin azalmanın" görünməmiş olduğunu da vurğulayıb.

Poliqon.info