Ronaldonun klubu Asiya Çempionlar Liqasını tərk edib

Kriştiano Ronaldonun rəhbərlik etdiyi “Əl Nəsr” klubu Asiya Çempionlar Liqasının yarımfinalına yüksələ bilməyib...

Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandası Asiya Çempionlar Liqasında BƏƏ-nin “Əl Ain” komandasına penaltilər seriyasında uduzaraq, yarımfinala yüksələ bilməyib.

Poliqon xəbər verir ki, bu komandalar arasında ilk oyun BƏƏ-də baş tutub və 1:0 hesabı ilə “Əl-Ayn”ın qələbəsi ilə yekunlaşıb.

Cavab görüşündə “Əl-Nəsr” 4:3 hesabı ilə qalib gələ bilsə də, səudiyyəlilər penaltilər seriyasında məğlub olublar (1:3).

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo 118-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək qola imza atıb.

Xatırladaq ki, 2 yanvar 2023-cü ildə Ronaldo ildə 200 milyon avro aldığı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından "Əl-Nasr"ın oyunçusu olub. Portuqaliyalı və ailəsi üçün əlavə bonuslar da verilir.

Bu mövsüm yarımmüdafiəçi Səudiyyə Ərəbistanı çempionatında 21 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.

Ronaldo Asiya Çempionlar Liqasında da 8 oyunda iştirak edib. 39 yaşlı yarımmüdafiəçi 6 qol vurub və bir məhsuldar ötürmə edib.

Poliqon.info