İsrail Livana zərbə endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın Baalbek şəhərinin kənarına hücum edib...

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın Baalbek şəhərinin kənarında, şiə silahlı “Hizbullah” təşkilatının böyük forpostunun yerləşdiyi əraziyə raket zərbələri endirib.

Poliqon xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb. Xəbərdə qeyd edilir ki ki, hava hücumları Dar əl-Amal və Curd-Taraya bölgələrində də baş verib.

Əyalət qubernatoru Beşir Xodr Əl-Cədid telekanalında bildirib ki, basqınlardan biri Durus ətrafında zeytun yağı istehsal edən zavoda keçirilib, dinc sakinlər yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb və bu əməliyyatın məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsidir.

Livanın şiə təşkilatı “Hizbullah” HƏMAS-a dəstək ifadə edib.

Poliqon.info