Sosial şəbəkələrdə həyəcan yaradan çağırışlar edən şəxslərlə bağlı DİN-dən açıqlama 

Sosial şəbəkərlərdə Azərbaycanda terror aktlarının törədiləcəyi ilə bağlı xəbərdarlıqlar yayılıb...

Poliqon Oxu.Az-a istinadən xəbər verir ki, paylaşımda bir qrup şəxs tərəfindən müəyyən məktəblərdə və ticarət mərkəzində azyaşlıların kütləvi qətlinin həyata keçiriləcəyi bildirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb və araşdırılır.

Poliqon.info