Rusiya səfiri Moldova XİN-ə çağırılıb    

Rusiyanın Kişineudakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb...

“Report” xəbər verir ki, bu barədə nazirliyin teleqram kanalında məlumat verilib.

Buna səbəb martın 17-də Rusiyada keçiriləcək prezident seçkiləri üçün tanınmamış Dnestryanı bölgədə səsvermə məntəqələrinin açılması planları ilə bağlı mətbuatda yayılan məlumatlardır.

“Rusiya diplomatı Moldovanın Dnestryanı bölgəsində seçki məntəqələrinin açılması qərarı ilə razılaşmadığı barədə məlumatlandırılacaq”, - paylaşımda bildirilib.

Poliqon.info