Litva XİN rəhbəri: Ukraynadakı döyüşlərin nəticəsi Qərbdən asılıdır

Ukraynadakı döyüşlərin nəticəsi Qərbdən asılıdır...

O, Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı təklifini bəyəndiyini diqqətə çatdırıb: “2024-cü il Ukraynadakı hərbi əməliyyatların başa çatması üçün həlledici ola bilər. Müharibənin nəticəsi texnikanın miqdarından asılıdır. Ukraynalıların döyüş sursatları Rusiyanınkından 7 dəfə azdır. Onların müqavimət göstərə bilmələri bir möcüzədir. Bu il bəzi fəlakətli hadisələrin baş verdiyini görə bilərik”.

Nazirin sözlərinə görə, indi Qərb qoşunlarının Ukraynaya göndərilməsi haqqında müzakirələrin vaxtıdır: “Qərarsızlıq Avropanı zəiflədir. Biz hərəkətə keçməliyik”.

Qeyd edək ki, E.Makron fevralın 26-da deyib ki, müttəfiqlər Ukraynanı dəstəkləmək üçün hər şeyi etməlidir. O, Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkün ssenari olduğunu söyləyib. Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Slovakiya, Çexiya və İsveç bu fikirlə razılaşmayıb. İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib ki, Fransa bütün NATO üzvləri adından danışa bilməz. Onun fikrincə, NATO qoşunlarının Ukraynaya göndərilməsi diplomatik həll yolunu aradan qaldıracaq. (Report)

Poliqon.info