Gəncədə avtomobil 77 yaşlı qadını vuraraq öldürüb 

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub...    

"Report"un Qərb bürosunun məlumatına görə, minik avtomobili şəhərin Fərhad Əliyev küçəsində hərəkətdə olan zaman piyada - 1947-ci il təvəllüdlü Qəsibə Vəliyevanı vurub.

Qadın aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info