Ordubadda avtomobil çaya aşıb, bir ailənin üç üzvü xəsarət alıb

Naxçıvanın Ordubad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib...

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Düylün kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü Bağırov Mehdi Ramazan oğlunun idarə etdiyi "Hyundai" markalı avtomobil yoldan çıxaraq Düylün çayının məcrasına aşıb. Hadisə nəticəsində avtomobildə olan bir ailənin 3 üzvü - 1965-ci il təvəllüdlü Salmanov Cəlil Salman oğlu, 1966-cı il təvəllüdlü Salmanova Mailə Alı qızı və 1992-ci il təvəllüdlü Salmanov Toğrul Cəlil oğlu xəsarət alıblar.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info