Ukrayna iyulda altı F-16 qırıcısından istifadə edə biləcək

Ukrayna Silahlı Qüvvələrinin 12 pilotu təlimləri vaxtında başa vurarsa, bu ilin iyulunda artıq altı Amerika F-16 qırıcısından istifadə edə biləcək...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti yazır.

Nəşr yazır ki, yayda 12 ukraynalı pilotun Danimarka, Böyük Britaniya və ABŞ-da 10 aylıq təlim keçdikdən sonra F-16-nı idarə etməyə hazır olacağı gözlənilir. Eyni zamanda, nəşrin qeyd edir ki, ukraynalı pilotların Rumıniyanın cənub-şərqindəki Fetesti aviabazasında təlimlərə nə vaxt başlayacağı hələlik bəlli deyil.

Qeyd edilir ki, bir sıra Qərb ölkələri keçən il Ukraynaya döyüş təyyarələri vəd etmişdilər, lakin onları çatdırmaq və pilotlara təlim keçmək çətin olub. O üzdən də Ukrayna bu yay vəd ediləni təxminən 45 döyüş təyyarəsindən yalnız altısından istifadə edə biləcək.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen qəzetə deyib ki, hazırlıqlar yaxşı gedir. Nazirin sözlərinə görə, ukraynalı pilotlar artıq Danimarka hava məkanı üzərində uçuşlar həyata keçiriblər. Danimarka da Litva kimi yayda Ukraynaya F-16 qırıcıları tədarük edəcək.

NYT qeyd edir ki, F-16 qırıcıları qısa və orta mənzilli raketlər və bombalarla silahlanacaq ki, bu da yerüstü sursat çatışmazlığını qismən dolduracaq.

Eyni zamanda, Amerika rəsmiləri münaqişədə təkcə F-16 qırıcılarının həlledici rol oynamayacağı barədə xəbərdarlıq ediblər. Fevral ayında Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bu təyyarələri idarə edə bilən ukraynalı pilotların çox olmadığını bildirib.

Poliqon.info