Berlində yüzlərlə insan İsrailə dəstək nümayişi keçirib

Dünən bir neçə yüz nəfər Berlində antisemitizm əleyhinə nümayiş keçirərək İsraillə həmrəy olduğunu bildirib...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın DPA Agentliyi məlumat yayıb. Mitinq “Birlikdə solçu, sağçı və islamçı antisemitizmə qarşı – İsraillə həmrəylik” şüarı altında keçirilib.

Yürüş iştirakçıları Berlinin mərkəzindən keçərək Brandenburq Qapısında Avropanın öldürülmüş yəhudilərinin xatirəsinə həsr olunmuş abidəyə doğru gediblər.

Nümayişçilər əllərində İsrail bayraqları və ya oğurlanmış girovların fotoşəkilləri olan pankartlar, “Bir daha heç vaxt!” şüarları və “İsraillə həmrəylik” yazılan lövhələr tutublar.

Mitinqi təşkil edən Alman-İsrail Cəmiyyətinin məlumatına görə, yürüşdə 300 nəfər iştirak edib. Berlin polisi də eyni rəqəmi verib və nümayişin insidentsiz başa çatdığını bildirib.

Qeyd edək ki, bir gün əvvəl Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Robert Habek İsraili Qəzzada strategiyasını dəyişməyə çağırıb.

Poliqon.info