Orban Trampla görüşə həyat yoldaşı əvəzinə niyə kiçik qızını aparıb?

Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat xidməti ABŞ-ın keçmiş prezidenti Donald Trampın mülkünə səfəri zamanı onu niyə həyat yoldaşı deyil, kiçik qızı Floranın müşayiət etdiyini açıqlayıb...

Macarıstan hökumətinin başçısının həyat yoldaşı Aniko Levai onu Trampa müşayiət edə bilməyib.

Poliqon xəbər verir ki, bu barədə 24.hu nəşrinin sorğusuna cavab olaraq Macarıstanın Baş nazirinin mətbuat xidmətinin rəhbəri Bertalan Havaşi bildirib.

“Viktor Orbanı həyat yoldaşı müşayiət edə bilmədiyi üçün Trampın həyat yoldaşı ilə görüşdə kiçik qızı müşaiyət edib”, deyə Havasi açıqlamasında qeyd edib.

Macarıstanın Baş nazirinin mətbuat xidmətinin rəhbəri əlavə edib ki, belə hallarda tətbiq olunan qaydalara uyğun olaraq, 19 yaşlı qızının yol xərclərini Orban özü ödəyib.Qeyd edək ki, cümə günü Orban Floridadakı Mar-a-Laqo iqamətgahında Donald Trampla görüşmək üçün ABŞ-a gedib. Görüş şam yeməyi və konsert proqramı ilə davam etdirilib.

Görüşdən sonra Orban bir daha Trampı tərifləyərək deyib ki, əgər o, hakimiyyətə qayıtsa, “dünyada hər şey daha yaxşı yer olacaq”. Tramp da həmçinin Orbanı tərifləyib və onu “fantastik lider” adlandırıb.

Poliqon.info