Çexiya Prezidenti: Xarici qoşunların Ukraynada olması beynəlxalq normaları pozmayacaq...

Çexiya prezidenti Petr Pavel əmindir ki, NATO qoşunları Ukraynaya birbaşa dəstək versə, bu, heç bir beynəlxalq normaları pozmayacaq...

Poliqon “Euractiv” portalına istinadən xəbər verir ki, bu barədə Pavel Çexiya televiziyasına müsahibəsində bildirib.

Çexiya prezidentinin sözlərinə görə, müharibə zonasında döyüşən ordunun yerləşdirilməsi ilə qoşunların NATO-nun artıq təcrübəyə malik olduğu müəyyən “dəstək” fəaliyyətlərində mümkün iştirakı arasında aydın fərq qoymaq lazımdır.

“Xatırladaq ki, Krımın ilhaqından və Donbasın bir hissəsinin işğalından sonra, indikindən daha kiçik miqyasda olsa da, əslində, təcavüzkarlıq idi. NATO-nun təlim missiyası bir vaxtlar Ukrayna ərazisində fəaliyyət göstərirdi. 15-dən çox ölkə və 1000-ə insan yaxın bu missiyada iştirak edirdi”, deyə Pavel xatırladıb.

Çexiya prezidento qeyd edib ki, beynəlxalq hüquq və BMT Nizamnaməsi nöqteyi-nəzərindən “heç nə NATO üzvü olan ölkələrin qoşunlarının Ukraynada fəaliyyətinə mane ola bilməz”.

ÜUkraynaya öz ərazisində birbaşa dəstək vermək üçün NATO qoşunlarının cəlb olunmasını dəstəkləyəcəkmi, sualına Pavel cavab verbi ki, bu məsələ ilə bağlı müzakirələri istisna etmir.

“Əgər biz müttəfiqlərimizlə razılaşa bilsəydik ki, məsələn, NATO-ya üzv ölkələrin ərazisində ukraynalı əsgərlərə təlim keçmək və minlərlə hərbçini, məsələn, Polşaya və ya Çexiyaya köçürmək əvəzinə, bir neçə hərbi qüvvənin Ukraynaya köçürülməsi daha məntiqli olardı. Ukrayna əsgərlərinə təlim keçmək üçün onlarla təlimatçının bu ölkəyə göndərilməsi daha məntiqlidir”, deyə Pavel vurğulayıb.

Qeyd edək ki, ötən həftə Pavel Fransa prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa Rusiyanın təcavüzünə qarşı mübarizə aparan Ukraynaya dəstək vermək imkanlarını məhdudlaşdırmamalıdır.

Poliqon.info