Almaniya şəhərlərinin merləri höküməti yüzlərlə yeni bunker tikməyə çağırıb

Almaniyanın yerli bələdiyyələri hökuməti müharibə vəziyyətinə hazır olmaq üçün yeni bunkerlər və hava hücumu sirenləri sisteminin yaradılmasına milyardlarla avro xərcləməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə The Telegraph qəzeti yazır.

Alman Bələdiyyə Şuralarının Assosiasiyasının rəhbəri Andre Berqeqqer bildirib ki, növbəti on il ərzində bunkerlərin və xəbərdarlıq sistemlərinin tikintisinə ən azı bir milyard avro xərclənməlidir.

Qeysd edilir ki, “Soyuq Müharibə” illərində Almaniyada iki mindən çox bunker tikilsə də, onlardan yalnız 600-ü öz funksiyalarını saxlamaqdadır. Bu sığınacaqlarda təxminən 500 min insanı saxlana bilər.

“Biz təcili olaraq istifadə edilməmiş bunkerləri yenidən istifadəyə qaytarmalı və yeni, müasir sığınacaqlar tikməliyik”, deyə Andre Berqeqqer bildirib.

Berqeqqer “Soyuq Müharibə”dən sonrakı illərin almanları “bir az qayğısız” etdiyini, lakin Ukrayna böhranının "təhlükə səviyyəsinin dəyişdiyini" göstərdiyini vurğulayıb.

Qeyd edək ki, 2007-ci ildə alman hakimiyyəti sığınacaqların yeni təhlükələrə - terrorizmə və iqlim dəyişikliyinə qarşı yararsız olduğunu bildirərək, qalan bütün bunkerləri sökmək planlarını açıqlayıb. Səlahiyyətlilərə görə, təxminən 600 bunkerdən heç biri istifadə üçün uyğun deyil.

Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius da mülki insanları bombalardan qorumaq üçün infrastruktura investisiyaların artırılmasına çağırıb.

Poliqon.info