Nazir: Türkiyə xaricdə əməliyyatlar aparmaq üçün heç kimdən icazə istəməyəcək...

Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib ki, Ankara Rusiya və ABŞ-ın icazə verib-verməməsindən asılı olmayaraq İraqda və digər sərhədyanı zonalarda əməliyyatlar həyata keçirəcək...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Gülər qeyd edib ki, ABŞ PKK-ya dəstəyini davam etdirir, lakin “terrorla mübarizə terrorçuların köməyi ilə aparılmır”.

“Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən heç nə soruşmuruq və lazım olanı edirik. Heç kim unutmasın ki, Türkiyə böyük dövlətdir. Biz heç kimdən icazə almamışıq və almayacağıq”, deyə deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, terrorla mübarizə problemi 40 ildir Türkiyənin qarşısındadır və artıq ölkənin yeni mərhələyə keçməsi lazımdır.

“Təhlükəsizlik qapısı bağlanana və İraqın şimalı terrorçulardan təmizlənməyənə qədər mübarizəmiz bitməyəcək. iz sərhədlərimiz boyu 30-40 kilometr dərinlikdə təhlükəsizlik dəhlizi yaratmaq əzmindəyik”, deyə nazir vurğulayıb.

Gülər eyni zamanda Türkiyənin “heç bir ölkə ilə probleminin olmadığını” və heç bir ölkənin torpaqlarında maraqlı olmadığını bildirib. O, təhlükəsizlik dəhlizinin 30-40 kilometrdə qiymətləndirilməsini terrorçuların belə bir məsafədə yerləşə bildikləri halda Türkiyə üçün təhlükə yaratmağa başlamaları ilə izah edib. Onun sözlərinə görə, İraq hakimiyyəti də PKK-nın onlar üçün təhlükə yaratdığını bildirir.

Poliqon.info