Fransa xarici işlər naziri Rusiya ilə güc dilində danışmağa çağırıb

Fransa xarici işlər naziri Stefan Sejurne: Avropa İttifaqı Rusiya ilə güc balansı dilində danışmalıdır...

Poliqon xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne “La Tribune du dimanche” nəşrinə müsahibəsində deyib.

“Biz güc balansının dili ilə Rusiya ilə eyni dildə danışmalıyıq. Biz çox sadəlövh davranırıq. Halbuki Rusiya beynəlxalq hüququ pozur və Avropa ölkələrinin xarici siyasətinin necə olmalı olduğunu bizə sırımağa çalışır. Ona görə də biz qaydalarımızı özümüz müəyyən etməliyik,”, deyə diplomat bildirib.

Fransanın xarici siyasət departamentinin rəhbəri vurğulayıb ki, Moskva ilə bağlı Paris tərəfindən heç vaxt qeyri-müəyyənlik olmayıb. Onun sözlərinə görə, Fransa Ukraynaya dəstəyin artmasına nail olmaq və bu məsələdə Aİ ölkələrinin birliyi barədə Rusiyaya güclü siqnal göndərmək istəyir.

Stefan Sejurne Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatları şərh edərkən qeyd edib ki, söhbət Qərbin Ukraynaya maksimum dəstəyindən əlavə, Rusiya tərəfini hərbi əməliyyatları dayandırmağa məcbur edə biləcək alətlərdən gedir.

Poliqpn.info