“Qarabağ”ın rəqibi “Volfsburq”a qalib gəlib

Almaniya Bundesliqasında XXV tura yekun vurulub...

İdman.biz xəbər verir ki, turun son görüşündə Avropa Liqasının 1/8 finalında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Bayer” doğma meydanda “Volfsburq”la üz-üzə gəlib.

Qarşılaşma Leverkuzen təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Bayer”in qollarına Natan Tella və Florian Virts imza atıb.

Bu qələbədən sonra Xabi Alonsonun yetirmələri Bundesliqada liderliyini davam etdirir. Onlar 67 xalla ən yaxın izləyicisi “Bavariya”nı 10 xal qabaqlayırlar. Leverkuzenlilər, həmçinin məğlubiyyətsiz oyunlar seriyasını 36-ya çatdırıblar.

Qeyd edək ki, evdə “Bayer”lə 2:2 hesablı heç-heçə oynayan “Qarabağ” cavab görüşünü martın 14-də səfərdə keçirəcək.

Poliqon.info