Portuqaliya seçkilərində sağ mərkəzçi partiyalar qalibdir...

Portuqaliyada sosialistlərin 8 illik hakimiyyətindən sonra sağçı partiyalar parlament seçkilərində qalib gəlib...

Poliqon xəbər verir ki, bu barədə EFE Agentliyinin məlumatında bildirilir. Xəbərə görə sağ mərkəzçi Demokratik Alyans Portuqaliyada keçirilən parlament seçkilərində bülletenlərin 90%-ni emal etdikdən sonra 30% səs toplayır. İkinci yeri 28,8% səslə 8 ildir hakimiyyətdə olan Sosialist Partiyası tutur. Üçüncü yerdə 19% səslə ifrat sağçı “Yetər” siyasi qüvvəsi qərarlaşıb.

EFE Agentliyi qeyd edir ki, seçkilərin nəticələrinə görə heç bir siyasi qüvvənin mütləq çoxluğu əldə etməyəcəyi və partiyaların birgə koalosiya hökuməti qurmalı olacağı gözlənilir. İfrat sağçı partiya səslərə görə üçüncü böyük qüvvə kimi koalisyada rol oynaya bilər.

Xatırladaq ki, Portuqaliyada sonuncu seçkilər 2022-ci ildə keçirilib. O zaman ölkədə sosialistlər də qalib gəlib. Növbəti seçkilərin 2026-cı ildə keçirilməsi nəzərdə tutulurdu, lakin 2023-cü ildə 2015-ci ildən Baş nazir vəzifəsini icra edən sosialist Antonio Kosta partiyasındakı korrupsiya qalmaqalı fonunda istefa verdiyini açıqladı.

Seçkiqabağı sorğular Demokratik Alyansın Sosialist Partiyasından bir qədər üstün olduğunu və ifrat sağçılara dəstəyin artdığını göstərib.

Poliqon.info