İrana daxil olmaq istəyən terrorçuların qarşısı alınıb

İranın şimal-şərqində yerləşən Cənubi Xorasan vilayəti ərazisindən ölkəyə daxil olmaq və ölkədə terror aktı törətmək istəyən terrorçuların qarşısı alınıb.

Poliqon-un məlumatına görə, bunu İranın Sərhəd Qoşunları komandanı Əhmədəli Qudərzi deyib.

Ə.Qudərzinin sözlərinə görə, ölkəyə daxil olmağa çalışan terrorçularla iranlı sərhədçilər arasında silahlı insident baş verib. İnsident nəticəsində bir neçə yaralı ilə terrorçular qonşu ölkəyə (Əfqanıstan) qaçıblar.

Qudərzi əlavə edib ki, əməliyyat nəticəsində terrorçular çoxlu miqdarda silah-sursat və partlayıcı maddələri qoyub qaçıblar.

Qeyd edək ki, 14 fevralda İranda terror aktı nəticəsində ölkənin cənubunda magistral qaz boru xətti partladılıb.

Poliqon.info