Qızılın qiyməti rekord vurdu

Qızılın qiyməti tarixi maksimumunu yeniləyərək bir troya unsiyası üçün 2 200 dolları ötüb.

Poliqon xəbər verir ki, bu qiymət “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) ticarət zamanı qeydə alınıb.

Axşam saatlarında qızılın qiyməti əvvəlki tarixi maksimumu yeniləyib.

Qiymətli metalın dəyəri troya unsiyası üçün 2 200,3 dollar təşkil edib.

Poliqon.info