Faktiki hava: Bakıya yağış, rayonlara qar yağır - Yenilənib

Martın 8-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir...

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Neftçala, Astarada yağış, Sarıbaş (Qax), Qusar, Şahdağda isə qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 7-11, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Poliqon.info