İcra başçısı rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlarla görüşüb

07.03.2024-cü il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlarla görüş keçirilib...

Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandırıbılar.

Daha sonra isə Qaradağ Rayon icra Hakimiyyətinin inzibati binasında Süleyman Mikayılov aparatın qadın işçilərini təbrik edib.##galery##

Poliqon.info