İslamafobiya yalnızca nifrət aktı deyil - Keçmiş nazir

İslamafobiya yalnızca nifrət aktı deyil, müsəlmanlar bir çox sahədə buna məruz qalır...

Poliqon Trend-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniya Əmək Biznesi və Ticarət Qrupunda İxrac üzrə sabiq kölgə naziri "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

"Müsəlmanlar cəmiyyətdə bir sıra çətinliklərlə üzləşir. Mən parlamentə seçildikdən sonra ingilis dilində and içdikdən sonra öz ana dilim olan urdu dilində and içdim. Bu səbəbdən sosial şəbəkələrdə nifrət nitqlərinə məruz qaldım. İslamafobiya ayrı-seçkiliyə köklənib",- deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Poliqon.info