Ötən ay okean sularının temperaturu rekord həddə çatıb    

Bu barədə Aİ-nin İqlim dəyişikliyi üzrə xidməti “Copernicus” məlumat yayıb...

Bundan əvvəlki rekord 2023-cü ilin avqustunda suyun temperaturu 20,98 dərəcə səviyyəsinə qalxdığı zaman qeydə alınıb. Bu, ümumiyyətlə, fevral ayında müşahidələr tarixində ən isti ay olub.

Temperaturun artması Sakit okeanı gözlənildiyindən daha isti edən “El Ninyo” iqlim hadisəsi ilə əlaqədardır. Lakin bu, ilk növbədə okeanın şərq hissəsinin səth sularına təsir edir.

“Daha təəccüblüsü odur ki, dəniz səthinin temperaturu Atlantik okeanın tropik hissəsi və Hind okeanının mərkəzindən uzaq bölgələrdə rekord səviyyədədir”, - deyə Redinq Universitetindən iqlimşünas Riçard Allan bildirib.

Onun sözlərinə görə, bu, istixana qazlarının atmosferdə miqdarının artmasının güclü təsirindən xəbər verir.

Poliqon.info