İsveç NATO ümün əsas logistika mərkəzi ola bilər

NATO-ya daxil olduqdan sonra İsveç Alyansın tez bir zamanda qoşun köçürə biləcəyi logistika mərkəzinə çevrilə bilər...

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri yazıb.

Nəşr qeyd edir ki, İsveçin Şimali Atlantika Alyansının bir hissəsi kimi meydana çıxması qoşunlar üçün təchizat və möhkəmləndirmədə yeni marşrutlar açacaq - bu, NATO-nun Baltik dənizinin ortasında yerləşən Qotland adasına sahib olması səbəbindən baş verəcək. Dəniz və mühüm nəqliyyat qovşağı onun ixtiyarındadır.

Bu, Alyansın Baltikyanı dövlətlərin müdafiəsini asanlaşdıracaq. Həmin ölkələr əvvəllər onları Polşadan ayıran Suvalki boğazına arxalanırdı.

Qeyd edək ki, fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib, bir gün əvvəl isə Macarıstan dövlətinin başçısı Tamas Szuyok müvafiq sənədi imzalayıb. Beləliklə, Macarıstan Alyansın 31 üzvü arasında İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən sonuncu ölkə olub. Ölkə rəsmisi olaraq Alyansa martın 11-də daxil olacaq.

Poliqon.info