Ağ Ev: Biz Ukraynaya kömək etmək üçün əlavə variantlar axtarırıq...

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna üçün maliyyə paketini təsdiqləmək üçün Konqreslə işləməyə davam edəcək və digər dəstək variantlarını da axtaracaq...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Amerikanın Səsi”nə müsahibəsində bildirib. Bundan əlavə, Kirbi ABŞ-ın mümkün yardımlarla bağlı müttəfiqləri ilə işləyədiyini söyləyib.

“Əlbəttə ki, biz öz sistemimizdə, öz hökumətimizdə və bütün administrasiyada Ukraynanı dəstəkləmək üçün edə biləcəyimiz başqa bir şeyin olub-olmadığını araşdırırıq. Lakin bu səylərin heç biri ABŞ büdcəsindən ayrılacaq yardımın həcmi və miqyasını əvəz edə bilməz. Bu, əlavə maliyyə tələbimizin təsdiqlənməsini təmin edəcək”, deyə Kirbi bildirib.

Administrasiyanın B Planı ola biləcəyi ilə bağlı suala Kirbi, “Biz həmişə həyata keçirə biləcəyimiz digər variantlara baxırıq”, deyib.

Kirbi həmçinin Nümayəndələr Palatasının qanun layihəsini təsdiq edib-etməyəcəyi ilə sula “Bunu əminliklə söyləmək çətindir və bu məsələ Nümayəndələr Palatasının spikeri Mayk Consondan asılıdır”, cavabını verib.

"Biz bilirik və spiker Conson da bilir ki, səsvermə olsa, qanun layihəsi keçəcək. Hər iki partiyada kifayət qədər ikitərəfli dəstək var. Heç bir sual yoxdur. Əsl sual budur: Conson qanun layihəsini müzakirəyə çıxaracaqmı? Buna yalnız o cavab verə bilər”, deyə Kirbi əlavə edib.

Poliqon.info