Rusiyada keçirilən prezident seçkilərində 700 mindən çox insan vaxtından əvvəl səs verib

Rusiyada keçirilən prezident seçkilərində 32 regionda 700 mindən çox insan vaxtından əvvəl səs verib...

Poliqon xəbər verir ki. bu barədə MİR 24 telekanalı Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

“Fevralın 25-dən biz 42 subyektin ərazisində çətin gedilən ərazilərdə, səsvermə günü üzən gəmilərdə, hərbi hissələrin ərazisində səs verilir”, deyə Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulaev telekanala bildirib.

MSK rəsmisi xatırladıb ki, ruslar istənilən şəraitdə öz səslərini verə biləcəklər. Xaricdə səsvermə 70-dən çox seçki məntəqəsinin açıldığı 51 ölkədə keçirilir. Həmçinin altı milyondan çox seçici elektron səsvermədə iştirak etmək üçün müraciət edib. Platforma Rusiyanın 29 regionunda fəaliyyət göstərəcək. Bu paltformanın sınaqlarında 500 min insan iştirak edib.

Poliqon.info