Van İ: Fələstin BMT-nin tamhüquqlu üzvü olmalıdır...

Çin Fələstinə BMT-yə tam üzv statusunun verilməsini dəstəkləyir...

Polqion “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ bildirib.

“Biz Fələstinin Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü kimi yaradılmasını dəstəkləyirik”, deyə Çin diplomatiyasının rəhbəri mətbuat konfransında bildirib.

Eyni zamanda Çinin xarici işlər naziri ayrı-ayrı ölkələri bu prosesə mane olmağı dayandırmağa çağırıb.

Qeyd edək ki, Fələstinin Baş naziri vəzifəsini icra edən Məhəmməd Ştayye İsrailin BMT səviyyəsində “yaramaz dövlət” elan edilməsinin zəruri olduğunu bildirib.

Poliqon.info